Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.20.2025 | 18:05 | Baxılıb: 4428
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün hakim “Vətəndaş Müqaviləsi” partiyasının qurultayındakı çıxışı zamanı bəzi mesajlar verib.

“sirin.az” Ermənistan mediasına istinadən xəbər verir ki, o, bir vaxtlar səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” fikrinə aydınlıq gətirib. 

“Mənim 2019-cu ildə “Qarabağ Ermənistandır, nöqtə” sözlərimin izahı, həqiqətən, çox konkretdir. Mən bu bəyanatı sadə səbəbə görə vermişdim - sovet psixologiyası əsasında formalaşan vətənpərvər idim. Ortaya sual çıxır: indi vətənpərvər deyiləmmi? Əlbəttə, vətənpərvərəm. Bəs bu dilemmanı necə həll edək? Səbəb vətənpərvərlik modeli ilə bağlıdır. Əvvəl sovet imperiyası, daha dəqiq desək, onun liderləri – Stalin, Xruşov və Brejnevin modeli əsasında formalaşan vətənpərvər idim. İndi isə cavabım budur: artıq mən Ermənistanın sülh istəyən analarının müəyyən etdiyi vətənpərvərlik modeli ilə vətənpərvərəm”, - deyə o əlavə edib.

Paşinyan həmçinin Qarabağdan gələn ermənilər barədə Ermənistan cəmiyyətində dolaşan fikirlərə aydınlıq gətirib: “Qarabağdan ölkəmizə gələn ermənilər burada Ermənistan vətəndaşı kimi yaşayacaqlar”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.