Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.10.2025 | 15:59 | Baxılıb: 1672
Bakıda qadın itkin düşüb.

“sirin.az” xəbər verir ki, 32 yaşlı Xəzər rayon sakini Aygün Həsənova yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

A.Həsənovanın əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşlu. Evdən çıxarkən əynində qara rəngli şalvar və qara rəngli jaket olub.

Onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.

Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin (012) 590-22-39, (012) 453-02-02 şəhər nömrələri və (050) 222-82-80, (070) 529-26-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.