Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
3250 dollarlıq üzüyünü 12 dollara satdı - Fotolar
 
						3250 dollarlıq üzüyünü 12 dollara satdı 
							 - Fotolar
Əlavə olunub: 03.13.2025 | 15:26 | Baxılıb: 5686
Dünyaca məşhur müğənni və aktrisa Selena Qomez nişanlısının ona aldığı üzüyü satıb.

“sirin.az” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Məlumata görə, müğənni yeni albomunu tanıtmaq üçün özünə aid şəxsi və dəyərli əşyaları satır. Həmin əşyalar arasında 2023-cü ilin dekabrında prodüser nişanlısı Benni Blanko ilə münasibətini elan edərkən taxdığı 3250 dollarlıq (5525 manat) brilyant üzük də var.

Belə ki, Qomez “B” yazılı üzüyü 12 dollara (20 manat) satıb.

Qeyd edək ki, zərgərlik əşyasının dizaynı tamamilə fərdi və unikaldır, 44 karat brilyantdan ibarətdir.

Xatırladaq ki, Selena Qomez və Benni Blanko 2024-cü ildə nişanlanıblar.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.