Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“3+3” formatında görüşlər Bakıda baş tuta bilər”
 
						“3+3” formatında görüşlər Bakıda baş tuta bilər”
Əlavə olunub: 05.21.2025 | 14:12 | Baxılıb: 1537
“3+3” formatında növbəti görüşlər İrəvan və Bakıda baş tuta bilər”.

“sirin.az” xəbər verir ki, bunu İrəvanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

O, razılaşmanın əldə olunması, kommunikasiyaların açılması, sərhədin demarkasiya və delimitasiyası vasitəsilə tam sülhə nail olmaq yolunda Moskvanın İrəvan və Bakıya dəstək göstərdiyini bildirib. Həmçinin qeyd edib ki, “3+3” formatının inkişafında kifayət qədər potensial görür.

Lavrovun sözlərinə görə, Ermənistan və Azərbaycan növbəti görüşlərə ev sahibliyi etmək istəyir: “Onlar öz aralarında razılığa gələ bilərlər. Belə ki, növbəti iki tədbir Ermənistan və Azərbaycanın paytaxtlarında baş tuta bilər”.

Qeyd edək ki, “3+3” formatı Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə regional qarşılıqlı fəaliyyət mexanizminin yaradılmasını nəzərdə tutur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.