Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
50 yaşlı DiKaprio gənc sevgilisi ilə - Fotolar
 
						50 yaşlı DiKaprio gənc sevgilisi ilə 
							 - Fotolar
Əlavə olunub: 08.18.2025 | 10:44 | Baxılıb: 3413
Hollivud ulduzu 50 yaşlı Leonardo DiKaprio 27 yaşlı sevgilisi Vittoriya Çeretti ilə birlikdə İspaniyada görüntülənib.

“sirin.az” xarici mətbuata istinadən xəbər verir ki, cütlük İspaniyanın Formentera adası yaxınlığında yaxta gəzintisində olub.

Bu isə cütlüyün birlikdə ilk görüntüləri deyil. 

Çeretti bir müddət əvvəl “Vogue France” jurnalına verdiyi müsahibədə münasibətlərindən danışaraq, məşhur biri ilə sevgili olmağın yaratdığı çətinliklərdən söz açmışdı:

“Sevgilinin sənə nisbətən daha çox tanınması birdən-birə səni yalnız “filankəsin sevgilisi” edir. Bu isə çox narahatedicidir. Əgər bir-birinizi sevdiyinizi bilirsinizsə, qorxmağa ehtiyac yoxdur. Çünki sevgi qoruyur və güvən verir”, - o bildirmişdi.

Qeyd edək ki, DiKaprionun daha öncə evliliyi olmayıb. Model isə bundan öncə “DJ Anyma” kimi tanınan Matteo Milleri ilə evli olub.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.