Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.27.2025 | 19:52 | Baxılıb: 2493
Honq Konq limanında iki qadın 68 tısbağanı ətəyinin altında gizlədərək sərhəddən keçirməyə cəhd edib.

“sirin.az” xəbər verir ki, bu haqda “The Mirror” yazıb.

Hadisə Vençzindu limanında baş verib. Qadınlar qəribə hərəkətlərlə “yaşıl dəhliz”dən keçərkən gömrük işçilərinin şübhəsinə səbəb olub.

Liman məmurları onlardan birini kənara çəkdikdə ətəyinin altından budlarına bağlanmış 39 canlı tısbağa aşkar edib. Eyni üsulla 29 tısbağanı qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən ikinci qadın da tutulub.

Tapılan sürünənlərin Çinə idxalı qadağan edilən ulduz tısbağaları olduğu ortaya çıxıb. Hər iki qadın limanda saxlanılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.