Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Abbas Abbasov BMT İnsan Hüquqları Şurasının sessiyasında iştirak edir
 
						Abbas Abbasov BMT İnsan Hüquqları Şurasının sessiyasında iştirak edir
Əlavə olunub: 03.11.2025 | 19:36 | Baxılıb: 1595
BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak edən Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov müstəmləkəçilik siyasətinin yaratdığı sosial və iqtisadi problemlərlə bağlı çıxış edib.

“sirin.az” “Report”a istinadən xəbər verir ki, Xüsusi Məruzəçi ilə interaktiv dialoq zamanı A.Abbasov Fransanın müstəmləkə ərazilərində - Kanaki (Yeni Kaledoniya) və Fransız Qvianasında insanların hüquqlarının təmin edilmədiyini vurğulayaraq, insanların səhiyyə, təhsil və digər əsas sosial xidmətlərə çıxışda ciddi çətinliklərlə üzləşdiyini bildirib.

O, beynəlxalq sənədlərdə öz əksini tapmış - doğulduğu andan insan ləyaqətinə, şəxslərin fərdi azadlığı və müstəqilliyinə, təhsil hüququna və s. hörmət edilmədiyini vurğulayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.