
“sirin.az” xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın ictimai televiziyası yayıb.
Məlumata əsasən, Yamaqami məhkəmədə qəsdən adam öldürmək ittihamı üzrə özünü təqsirli bilib.
İş üzrə hökmün 2026-cı il yanvarın 21-də çıxarılacağı gözlənilir. Ümumilikdə isə gələcək aylarda 19 məhkəmə iclası baş tuta bilər.
Xatırladaq ki, keçmiş hərbçi Teçuya Yamaqami 2022-ci il iyulun 8-i Nara şəhərində çıxış edən Şinzo Abeni belindən güllələyərək qətlə yetirib. 2023-cü il yanvarın 10-u isə Yamaqaminin 2022-ci ilin iyulundan davam edən psixiatrik müayinəsi başa çatıb. Müayinənin nəticələrinə əsasən Yamaqami qətli törədərkən anlaqlı vəziyyətdə olub. Bu səbəbdən də, o, qapalı tibb müəssiəsindən Nara şəhərində yerləşən həbsxanaya köçürülüb.