“sirin.az” Ağ Evə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Donald Tramp bəyan edib.
“Bu təhlükənin mənbəyi Birləşmiş Ştatlardan kənarda, əsas ticarət tərəfdaşlarının daxili iqtisadi siyasətlərində və qlobal ticarət sistemindəki struktur disbalansındadır. Mən bu təhlükə ilə bağlı milli fövqəladə vəziyyət elan edirəm” - o deyib.
Tramp əlavə edib ki, ABŞ-nin digər ölkələrlə ticarət əlaqələri son illərdə balanssızlaşıb.