
“sirin.az” xəbər verir ki, Respublikaçılar Partiyasının təqdim etdiyi maliyyələşdirmə layihəsi Demokratların dəstəyini qazana bilmədiyi üçün Senatda tələb olunan 60 səs baryerini keçə bilməyib. Nəticədə layihənin lehinə 49, əleyhinə isə 45 senator səs verib, 6 senator isə səsvermədə iştirak etməyib.
Qeyd edək ki, bu günə qədər Demokratlar Partiyasının alternativ təklifi ilə bağlı heç bir səsvermə aparılmayıb.
Beləliklə, şatdaun rejimi ABŞ-də hələlik davam etməkdədir və federal qurumların fəaliyyətindəki qismən dayanma vəziyyəti aradan qaldırılmayıb.