Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.06.2025 | 08:13 | Baxılıb: 726
ABŞ-nin Kentukki ştatının Luisvil şəhərində baş verən yük təyyarəsi qəzasında ölənlərin sayı 9-a çatıb.

“sirin.az"in xəbərinə görə, təyyarənin göyərtəsində 3 ekipaj üzvü olub.

Daha əvvəl qəza nəticəsində 11 nəfərin yaralandığı bildirilmişdi. Qəza zamanı təyyarədə böyük yanğın baş verib və səmaya qalın tüstü qalxıb.

Rəsmi orqanlar ətraf ərazidə yaşayan sakinləri təhlükəsizlik məqsədilə sığınacaqlara getməyə çağırıblar.

Təyyarə Luisvildəki Məhəmməd Əli Beynəlxalq Hava Limanından Havay ştatının Honolulu şəhərinə uçmaq üçün havaya qalxmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.