“sirin.az” “İnterfaks”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O, bu yaxınlarda amerikalı senator Stiv Deyns ilə görüşünü məhsuldar adlandırıb:
“Senator Deyns ilə görüş ABŞ nümayəndələri ilə digər görüşlərdən fərqli oldu. Danışıqlar Gürcüstan-ABŞ münasibətlərinin yenidən başladılması baxımından məhsuldar oldu. Biz açıq olaraq bildirmişik ki, ABŞ ilə strateji tərəfdaşlığı yenidən və konkret “yol xəritəsi” ilə başlatmağa hazırıq”.