Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ İrana qarşı birbaşa müharibəyə qoşula bilər
 
						ABŞ İrana qarşı birbaşa müharibəyə qoşula bilər
Əlavə olunub: 06.18.2025 | 01:00 | Baxılıb: 2117
Pentaqon İsrail və İran arasında münaqişənin şiddətləndiyi təqdirdə “B-52” bombardmançı təyyarələrin istifadəsi də daxil olmaqla bir neçə addım atmaq variantını nəzərdən keçirir.

“sirin.az” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” özəl mənbəyə istinadən xəbər yayıb.

“Pentaqon İranla diplomatik səylərin nəticəsiz qalacağı təqdirdə hərəkət variantları təqdim etməklə öz funksiyalarını yerinə yetirir. “B-52” bombardmançı təyyarələri bu variantlardan biri hesab olunur” - deyə telekanalın mənbəsi deyib.

Bu qırıcı təyyarələrin Hind okeanındakı Dieqo Qarsiya adasındakı ABŞ aviabazasında yerləşdirildiyi qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.