Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.22.2025 | 22:45 | Baxılıb: 1321
ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsi Rusiyaya qarşı təzyiqləri artırmaq məqsədilə yeni qanun layihəsi üzərində işləyir.

“sirin.az” “Axios”a istinadən xəbər verir ki, sənəd qəbul olunacağı halda, Moskva üçün “üçqat zərbə effekti” yarada bilər.

Layihəyə əsasən, ABŞ ilk növbədə Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanımağı nəzərdən keçirir. İkinci mərhələdə isə Çinin Moskvaya yardımına cavab olaraq Pekinə qarşı sanksiyalar tətbiq oluna bilər.

Üçüncü bənddə ABŞ-də dondurulmuş rus aktivlərinin hər 90 gündən bir yenidən bölüşdürülməsi və bu vəsaitlərin Ukraynaya yönəldilməsi nəzərdə tutulur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.