
“sirin.az” xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Birləşmiş Ştatlar sülh razılaşmasının təminatçısı olan ölkələri HƏMAS tərəfindən Qəzza sakinlərinə qarşı atəşkəsin pozula biləcəyinə dair etibarlı xəbərlər barədə məlumatlandırıb”, - bəyanatda deyilir.
Xatırladaq ki, oktyabrın 13-də Şarm əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammiti çərçivəsində ABŞ, Misir, Türkiyə və Qətər liderlərinin imzaladığı sazişə əsasən, Qəzza zolağında atəşkəs əldə olunub.