Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.15.2025 | 21:15 | Baxılıb: 1437
“Əgər Ukrayna müharibəsi başa çatmasa, ABŞ Rusiyaya qarşı lazımi tədbir görəcək”.

“sirin.az” xəbər verir ki, bu sözləri ABŞ müdafiə naziri Pit Heqset Brüsseldə keçirilən NATO-Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasında çıxışı zamanı söyləyib.

O bildirib ki, Tramp administrasiyasının siyasəti nəticəsində son aylarda Avropanın Ukraynanın müdafiəsinə yatırımı əhəmiyyətli dərəcədə artıb:

“ABŞ də üzərinə düşəni yerinə yetirəcək, amma avropalılar qitənin müdafiəsində əsas məsuliyyəti daşımalıdırlar.”

P. Heqset qeyd edib ki, NATO müttəfiqləri avqustdan bəri ABŞ silahlarının Ukraynaya tədarükünü təmin edən “PURL” təşəbbüsü vasitəsilə Kiyevə 2 milyard dollardan çox yardım göstərib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.