Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ səfiri Fransa XİN-ə çağırıldı
 
						ABŞ səfiri Fransa XİN-ə çağırıldı
Əlavə olunub: 08.25.2025 | 10:10 | Baxılıb: 891
ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“sirin.az” “Le Figaro”ya istinadən xəbər verir ki, səfir Fransa Prezidenti Emmanuel Makrona ünvanladığı məktub fonunda nazirliyə dəvət edilib.

Belə ki, Kuşner məktubunda Fransada antisemitizmin artmasından və hökumətin bununla mübarizədə kifayət qədər tədbir görməməsindən narahatlığını ifadə edib. 

O vurğulayıb ki, Fransada elə bir gün olmur ki, küçələrdə yəhudilərə hücum edilməsin, sinaqoqlar və məktəblər hücuma məruz qalmasın. 

Fransa XİN qeyd edib ki, amerikalı diplomatın açıqlamaları 1961-ci il Vyana Konvensiyasını pozur. Burada isə söhbət dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyindən gedir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.