“sirin.az” xəbər verir ki, bəyanatda Türkiyədə çalışan ABŞ hökuməti işçilərindən Türkiyənin cənub-şərqindəki 22 vilayəti əhatə edən Adana Konsulluğu bölgəsinə şəxsi səfərlərdən çəkinmələri xahiş olunur.
Xəbərdarlığa görə, ABŞ-nin xarici siyasətinə mənfi baxışların artması ABŞ və Qərbin maraqlarına qarşı etirazlara səbəb ola bilər.
ABŞ öz vətəndaşlarını diqqətli olmağa və yerli təhlükəsizlik xəbərdarlığına əməl etməyə çağırıb.