Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ Zəngəzur dəhlizinə nəzarəti üzərinə götürməyi təklif edib - Tom Barrak
 
						ABŞ Zəngəzur dəhlizinə nəzarəti üzərinə götürməyi təklif edib 
							 - Tom Barrak
Əlavə olunub: 07.14.2025 | 22:00 | Baxılıb: 2120
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.

“sirin.az” “Middle East Eye” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda keçirilən brifinq zamanı danışıb.

O, hər iki tərəfin - Azərbaycan və Ermənistanın dəhlizlə bağlı müxtəlif təkliflər etdiyini bildirib.

“Bu halda ABŞ deyir: Yaxşı, biz onu təhvil alacağıq. Bizə 32 kilometr yolu 100 illik nəzarət üçün verin”.

Onun sözlərinə görə, ABŞ Zəngəzur dəhlizini nəzarətə götürsə, tərəflər buradan rahatlıqla istifadə edə bilərlər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.