Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Aciz durumda olan fars şovinizminin səsi...
 
						Aciz durumda olan fars şovinizminin səsi...
Əlavə olunub: 08.10.2025 | 19:28 | Baxılıb: 4265
Məlum olduğu kimi, İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq.

Təkbaşına mövqedən söz düşmüşkən, İran uzun müddət öz hərbi gücü və təhlükəsizlik sistemi ilə öyünsə də, İsrailin həyata keçirdiyi əməliyyatlar bütün bunların əslində tamamilə fiksiya olduğunu aydın göstərdi.

Çox da uzaq olmayan tarixdə bir daha bəlli oldu ki, İranın hərbi qüvvələri az-çox hərbi gücə malik ölkə ilə qarşıdurmaya hazır deyil.

Daxili təhlükəsizlik isə yalnız hakimiyyətə qarşı baş qaldıran iç qüvvələrə münasibətdə qismən effektlidir.

Təsəvvür edirsiniz? İsrail əslində o münaqişənin taleyini ilk gecədən öz xeyrinə həll etmişdi.  

Birinci hücumlar zamanı İranın çoxsaylı nüvə alimləri, hərbi rütbəliləri evində, elə yatdığı yerdəcə aradan götürüldü.

Dronların İran ərazisindən qalxaraq hədəfləri vurması, hərbi hava qüvvələrinin gözə görünməməsi, hava hücumundan müdafiə sisteminin yox dərəcədə olması da bu bəndləri aydın şəkildə təsdiq edir.

Məhz buna görə də, özünü belə qorumaq iqtidarında olmayan, Yaxın Şərqdə bütün təsir imkanlarını itirən İranın Cənubi Qafqazdakı geosiyasi proseslərə təsir göstərmək imkanları da yox dərəcəsindədir.

Vilayətinin iddiaları isə aciz duruma düşmüş fars şovinizminin səsidir ki, onu da artıq kimsə eşitmir.

Bu həmin Vilayətidir ki, zamanında Yaqub Məmmədovu aldadıb, İrana dəvət edib Şuşanın ermənilər tərəfindən işğalına şərait yaratdı.

Bu həmin Vilayətidir ki, 1990-cı ilin əvvəllərində İranın Azərbaycanın müstəqilliyini tanımayacağını bəyan edirdi.

Bu gün Vilayəti kimi avantüristlərin iddialarını kimsə ciddi qarşılamır. Çünki öz problemlərini həll edə bilməyən İranın başqa ölkələrə öz iradəsini diqtə etmək cəhdləri “tutar qatıq, tutmaz ayran” məsəlini xatırladır.

Telli Minbir

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.