Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.20.2025 | 12:04 | Baxılıb: 1956
Türkiyəli aktrisa Demet Özdemirin “Beşiktaş”ın gənc futbolçusu Emirhan Topçu ilə eşq yaşadığı iddia olunur.

“sirin.az” “Onedio”ya istinadən xəbər verir ki, cütlük bir neçə dəfə birlikdə görüntülənib.

Bu barədə iddialardan sonra aktrisa “X” platformasında izləyicilər tərəfindən tənqidlərə məruz qalıb. Buna səbəb isə Özdemirin 2017-ci ildə “Beşiktaş”ın gənc ulduzu Oğuzhan Özyakup ilə münasibət yaşamasıdır. Futbolçunun karyerasını bitirməsini də məhz Demetlə əlaqələndirirlər. Buna görə də sosial media istifadəçiləri aktrisanın seçimlərinin adətən “Beşiktaş”ın gəncləri ilə bağlı olmasına dair paylaşımlar ediblər, bu da maraqla qarşılanıb.

Qeyd edək ki, Demet Özdemir hazırda “Eşref Rüya” serialında baş obrazlardan biri olan Nisanı canlandırır. O, 2022-ci ildə müğənni Oğuzhan Koçla ailə qurub. Lakin evlilikləri qısa müddət davam edib.

Sözügedən “X”  paylaşımlarını təqdim edirik:








Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.