Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
AFFA-dan “Sabah”a 3 min manatlıq cərimə
 
						AFFA-dan “Sabah”a 3 min manatlıq cərimə
Əlavə olunub: 04.25.2025 | 13:17 | Baxılıb: 1435
Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah”la “Neftçi” arasında baş tutan cavab matçı ilə bağlı cəzalar açıqlanıb.

“sirin.az” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimələnib. Klub həmçinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə 800, pirotexniki vasitədən istifadə edildiyi üçün isə 1500 manat ziyana düşüb.

AFFA İntizam Komitəsi azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” klubunu da 800 manat cərimələyib.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.