Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ağ Ev buna görə Omana təşəkkür etdi
 
						Ağ Ev buna görə Omana təşəkkür etdi
Əlavə olunub: 04.15.2025 | 23:32 | Baxılıb: 2126
“ABŞ Prezidenti Donald Tramp İranla dialoqa sadiqdir və bu mövzuda Oman sultanı Heysəm bin Tarek Əl Səidlə telefon danışığı aparıb”.

“sirin.az” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolayn Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, İrana qarşı maksimum təzyiq kampaniyası davam edir:

“Lakin bildiyiniz kimi, prezident İranla dialoq və məsləhətləşmələrə üstünlük verdiyini açıq şəkildə ifadə edib. O, bu gün Oman Sultanı ilə telefonla danışdı. ABŞ və İran arasında ilk birbaşa görüşü təşkil etdiyinə görə ona təşəkkür etdi və İranın danışıqlar yolu ilə nüvə proqramına son qoymasının vacibliyini vurğuladı”. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.