Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.21.2025 | 01:35 | Baxılıb: 5842
ABŞ Prezidenti Donald Tramp üçün bal zalının açılmasına görə Ağ Evin bir hissəsinin sökülməsinə başlanılıb.

“sirin.az” xəbər verir ki, bu haqda “The Washington Post” məlumat yayıb.

Bildirilir ki, tikinti briqadaları 1902-ci ildə inşa edilmiş Şərq Qanadının bir hissəsini sökür. Ağ Ev sözçüsünün məlumatına görə, söküntü işlərinə bazar ertəsi, oktyabrın 20-də başlanılıb.

Qeyd edək ki, ABŞ lideri Ağ Evi təmir etmək və bal zalı əlavə etmək qərarına gəlib. Bu iş 200 milyon dollara başa gələcək və Amerika lideri bunun xərcini öz cibindən ödəyəcək. Bu, 20-ci əsrin ortalarından bəri ən böyük təmir layihəsi olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.