Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ağdamda mina partladı - Xəsarət alan var
 
						Ağdamda mina partladı 
							 - Xəsarət alan var
Əlavə olunub: 04.02.2025 | 11:58 | Baxılıb: 2323
Ağdam rayonunda mina partlayıb.

“sirin.az” xəbər verir ki, hadisə barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində 1968-ci il təvəllüdlü Abbasov Nurəddin Feyzi oğlu heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olub. O, piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluq, DİN və ANAMA vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.