Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ağdərədə insan sümüklərinin qalıqları tapıldı - Yenilənib
 
						Ağdərədə insan sümüklərinin qalıqları tapıldı 
							 - Yenilənib
Əlavə olunub: 05.26.2025 | 09:39 | Baxılıb: 1060
Ağdərədə insan skeletinin qalıqları aşkar edilib.

“sirin.az” xəbər verir ki, skelet qalıqları rayonun Sırxavənd kəndi ərazisində qazıntı işləri aparılarkən tapılıb.

Qalıqların tapıldığı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirir.

Faktla bağlı araşdırma aparılır.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, mayın 25-də Ağdam rayonu, Sırxavənd kəndi ərazisində insana məxsus olduğu ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.