Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Aİ ABŞ-yə tətbiq edəcəyi tarifləri təxirə saldı - 90 günlük
 
						Aİ ABŞ-yə tətbiq edəcəyi tarifləri təxirə saldı 
							 - 90 günlük
Əlavə olunub: 04.10.2025 | 15:09 | Baxılıb: 979
Avropa İttifaqı ABŞ-nin polad və alüminium idxalına tətbiq etdiyi tariflərə qarşı tədbirləri 90 gün müddətinə dayandırır.

“sirin.az” xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula von der Leyen “X” hesabında paylaşım edib.

“Prezident Trampın açıqlamasını nəzərə aldıq. Biz danışıqlara şans vermək istəyirik. Üzv dövlətlərimizdən güclü dəstək görən Aİ-nin əks tədbirlərinin qəbulunu yekunlaşdırarkən, biz onları 90 gün müddətinə təxirə salacağıq. Danışıqlar qənaətbəxş olmasa, əks tədbirlərimiz işə başlayacaq. Qarşılıqlı tədbirlərlə bağlı hazırlıq işləri davam etdirilir. Daha əvvəl dediyim kimi, bütün variantlar masada qalır”, - paylaşımda deyilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.