Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Albaniyada Əliyevlə Paşinyanın görüşü konstruktiv keçib”
 
						“Albaniyada Əliyevlə Paşinyanın görüşü konstruktiv keçib”
Əlavə olunub: 05.26.2025 | 13:35 | Baxılıb: 1681
“Albaniyada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında görüş konstruktiv olub”.

“sirin.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

“Bizim qiymətləndirməmizə əsasən, görüş kifayət qədər konstruktiv keçib və iki ölkənin liderləri sülh müqaviləsinin imzalanmasına dair danışıqları davam etdirməyə hazır olduqlarını qeyd ediblər”, - deyə Kostanyan qeyd edib. 

Məlumata görə, İrəvanda hesab edirlər ki, yaxın gələcəkdə Azərbaycanla danışıqları davam etdirmək imkanı olacaq. 

Xatırladaq ki, mayın 16-da Albaniyanın paytaxtı Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış mərasimində İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.