
“sirin.az” xəbər verir ki, bu barədə Almaniya-Rusiya Xarici Ticarət Palatasının (VTP) İdarə Heyətinin sədri Mattias Şepp məlumat verib.
M. Şeppin sözlərinə görə, Almaniya digər ölkələrlə müqayisədə Rusiyaya daha çox investisiya yatırıb:
“Buna görə də Mərkəzi Bankın vəsaitlərinin Ukrayna üçün silah alınmasına yönəldilməsi planı həyata keçərsə, ən çox zərər görən tərəf olacaq”.
O Almaniyanın mümkün maliyyə itkilərini 100 milyard avrodan çox məbləğdə qiymətləndirib:
“Rusiya banklarında energetika, farmasevtika, ticarət və sənaye sahələrində fəaliyyət göstərən bir çox alman şirkətinin hesablarında vəsaitlər qalır”.
Qeyd edək ki, bundan əvvəl İtaliyanın Baş naziri Corciya Meloni də Rusiya aktivlərinin istifadəsində beynəlxalq hüquqa riayət olunmasının vacibliyini vurğulamışdı.