Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Amazon” Çindən gələn malların sifarişlərini ləğv edir
 
						“Amazon” Çindən gələn malların sifarişlərini ləğv edir
Əlavə olunub: 04.09.2025 | 20:02 | Baxılıb: 1841
Amerika bazarı “Amazon” Çin və digər Asiya ölkələrindən çoxlu sayda məhsul kateqoriyası üçün sifarişləri ləğv edib.

“sirin.az” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qadağan olunmuş mallar arasında şezlonqlar, skuterlər və kondisionerlər olub.

“Amazon” nümayəndələri ləğv edilmiş sifarişlərlə bağlı şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, şirkət 2024-cü il hesabatında ticarət mübahisələrini risk faktoru kimi göstərərək Çin tədarükçülərinin bazar üçün əhəmiyyətini vurğuladı. Şirkətin səhmlərinin qiyməti 2024-cü ilin birinci rübündə 21,7 faiz ucuzlaşsa da, aprelin 9-da Amazon səhmlərinin qiyməti 0,7 faiz artıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.