Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.06.2025 | 10:21 | Baxılıb: 1177
ABŞ-nin Oklahoma Milli Qvardiyasının Birgə Qərargahlar rəisi briqada generalı Kolbi Uaytın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

“sirin.az” xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, ABŞ nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azərbaycan müdafiə nazirinin müavini – baş direktor Aqil Qurbanov ABŞ nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanla ABŞ-nin Oklahoma ştatı arasında ikitərəfli hərbi əməkdaşlıq sahəsində əlaqələrin möhkəmləndirilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər müzakirə edilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.