Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.10.2025 | 17:47 | Baxılıb: 3679
Azərbaycan Yüksəliş Partiyasının sədri (ləğv edilib-red) Anar Əsədlinin cinayət işinə xitam verilməsi ilə bağlı qərar ləğv edilib.

“sirin.az"in əldə etdiyi məlumata görə, Baş Prokurorluq belə qərar qəbul edib.

Yeni qərarla iş üzrə istintaq yenilənib. Anar Əsədliyə CM-nin 178.3.2-ci ( dələduzluq-külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə yenidən ittiham verilib, barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Onun vəkili Hikmət Əliyev saytımıza məlumatı təsdiq edib.

Xatırladaq ki, A.Əsədli 2023-cü ilin mayında ev dustaqlığına buraxılmışdı. Bundan sonra cinayət işinə xitam verilmişdi.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.