Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.26.2025 | 10:46 | Baxılıb: 1735
Türkiyənin paytaxtı Ankarada yerləşən əyləncə məkanlarından birinə silahlı hücum edilib.

“sirin.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Yenimahalle rayonunun Beştepe məhəlləsində, Armada Hayat küçəsində yerləşən əyləncə məkanında baş verib.

Motosikletlə hadisə yerinə gələn, şəxsiyyəti hələlik müəyyən edilməmiş iki nəfər silahla atəş açaraq ərazidən uzaqlaşıb.

Hadisə yerinə dərhal polis qüvvələri cəlb olunub. Hücum nəticəsində ölən və ya yaralanan olmasa da, obyektə ciddi maddi ziyan dəyib.

Şahidlərin ifadələri alınıb və ərazidəki təhlükəsizlik kameralarının görüntüləri araşdırılır. Polis hücumda iştirak edən şəxslərin tapılması istiqamətində əməliyyatlara başlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.