Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.24.2025 | 00:18 | Baxılıb: 2947
“Hollivud”un məşhur aktyorları Antonio Banderas və Melani Qriffitin qızı evlənib.

“sirin.az” xəbər verir ki, 27 yaşlı Stella Banderas uşaqlıq sevgisi Aleks Qrusinski ilə ailə həyatı qurub.

Məlumata görə, toy mərasimi oktyabrın 18-i Los-Ancelesdə baş tutub və tədbirə yalnız ailə üzvləri, yaxın dostlar dəvət olunub.

Mərasimin detalları mediadan gizli saxlanılsa da, sosial şəbəkələrdə yayılan görüntülərdə gəlinin sadə, lakin zərif stili diqqət çəkib.

Qeyd edək ki, Antonio Banderas və Melani Qriffit 1996–2015-ci illərdə evli olublar. Onların yeganə övladı olan Stella həm aktrisa, həm də model kimi fəaliyyət göstərir.









Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.