Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Araşla danışırıq, çox gözəl məsləhətlər verir” - Video
 
						“Araşla danışırıq, çox gözəl məsləhətlər verir” 
							 - Video
Əlavə olunub: 08.05.2025 | 15:45 | Baxılıb: 4116
“Avroviziya” təmsilçimiz Aysel Teymurzadə İran əsilli müğənni Araşla bağlı açıqlaması ilə diqqət çəkib. 

“sirin.az” xəbər verir ki, ifaçı Xəzər TV-yə açıqlamasında həmkarı ilə tez-tez danışdıqlarını bildirib.

“Biz Araşla ünsiyyətdəyik. Mən onunla məsləhətləşirəm. Çox gözəl məsləhətlər verir. Onda da hər şey çox gözəldir, yaxşıdır. Ailəsi ilə birlikdə Dubayda yaşayır”, - deyə o söyləyib.

Qeyd edək ki, Aysel və Araş Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü “Avroviziya” Mahnı Müsabiqəsində “Always” mahnısı ilə təmsil edərək 207 xalla 3-cü yeri tutublar. 

A. Teymurzadə 2012-ci ildə ailə həyatı qurduqdan sonra müğənni fəaliyyətinə ara vermişdi. Ötən ay “Dream Fest” çərçivəsində səhnəyə çıxıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.