Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.21.2025 | 10:02 | Baxılıb: 2009
Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulacaq.

“sirin.az” xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

“Araz-Naxçıvan” son çempion “Qarabağ”la qarşılaşacaq. Turun son oyunu isə “Sumqayıt”la “Neftçi” arasında keçiriləcək.

Daha öncə “Karvan-Yevlax” “İmişli”yə 0:3 hesabıyla uduzubsa, “Zirə” “Şamaxı”ya (2:1), “Qəbələ” “Kəpəz”ə (3:0), “Sabah” isə “Turan Tovuz”a (2:0) qalib gəlib.

Azərbaycan Premyer Liqası
5-ci tur
21 sentyabr

17:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Liv Bona Dea Arena”.

19:30. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.