“sirin.az” FHN-ə istinadən xəbər verir ki, qurumun “112” qaynar xəttinə 1 nəfərin batması barədə məlumat daxil olub.
Axtarışlara Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Əlavə məlumat veriləcək.
***
Araz çayında boğulan şəxsin kimliyi məlum olub.
Belə ki, Saatlı rayon sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu Araz çayında çimərkən suda boğulub.
Hazırda axtarış işləri davam etdirilir.
***
Yeniyetmənin meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilb.
Ziya Əmirxanlı