Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.26.2025 | 23:06 | Baxılıb: 852
Argentinada sərnişin avtobusu körpüdən çaya aşıb.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, avtobus əvvəlcə əks istiqamətdə hərəkət edən avtomobillə toqquşub.

Qəza nəticəsində nəqliyyat vasitəsi məhəccərdən aşaraq körpüdən çaya düşüb.

Hadisə zamanı səkkiz sərnişin və sürücü həlak olub, 29 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, avtobus Misiones əyalətinin Obera şəhərindən Puerto İquazu istiqamətində hərəkət edirmiş. Qəza anında magistral yolda sıx duman olduğu bildirilir.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.