Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Arka Sokaklar”dan ikinci dəfə ayrıldı
 
						“Arka Sokaklar”dan ikinci dəfə ayrıldı
Əlavə olunub: 03.28.2025 | 19:20 | Baxılıb: 3545
Türkiyənin məşhur serialı “Arka sokaklar”ın baş obrazlarından biri olan aktrisa Özlem Çınar ekran işi ilə vidalaşacaq. 

“sirin.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun filmdə hekayəsinin bitməsidir. 

Serialda “Aylin” obrazı ilə tanınan Özlem Çınar 710-cu bölümdə sonuncu dəfə kamera qarşısına keçəcək.

Qeyd edək ki, Özlem Çınar ilk dəfə 2006-cı ildə “Arka Sokaklar”a qatılıb.

Lakin o, 2019-cu ildə serialdan ayrılıb. Aktrisa daha sonra serialın prodüserləri ilə yenidən razılaşaraq geri qayıdıb. 




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.