Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.17.2025 | 13:08 | Baxılıb: 620
“AzərEnerji” tərəfindən Füzulidəki “Şükürbəyli” yarımstansiyasına “İmişli” yarımstansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq ötürmə xətti çəkilib.

“sirin.az” xəbər verir ki, eyni zamanda, “Şükürbəyli” yarımstansiyası genişləndirilərək qovşaq yarımstansiyası olaraq tam yenidən qurulub.

Oradan isə Füzuli şəhərinə 110 kilovoltluq ikidövrəli ötürmə xətti çəkilib və bir neçə ayın içərisində Füzuli şəhərində 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib.

2021-ci ilin iyunun 14-də Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə “Füzuli” və “Şükürbəyli” yarımstansiyalarının açılışı olub.

Bu gün Şəhər Günü qeyd edilən Füzulidə artıq 5 ildir ki, Azərbaycan işığı yanır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.