Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.17.2025 | 16:14 | Baxılıb: 2853
Bu gün saat 12 radələrində Şabranda bıçaqlanma olub.

“sirin.az” xəbər verir ki, Rəhimli kənd İlqar Abasov adına tam orta məktəbdə 41 yaşlı A.Əliyevaya kəsici alətlə çoxsaylı xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

Onun əməli törətməkdə şübhəli bilinən 47 yaşlı həyat yoldaşı Asim Nəcəf oğlu Nəcəfov Şabran RPŞ-yə gedərək əməlini etiraf edib.

Bildirilib ki, hadisədən əvvəl ər-arvad dalaşıblar. Qadın məktəbə gedərək övladının sənədlərini götürmək istəyib. Bu zaman əri onu təqib edərək məktəbə daxil olub və çoxsaylı bıçaq zərbələri endirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.