Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“ASAN” Prezidentin rəhbərliyi ilə ilhamverici təcrübəyə çevrilib” - BMT eksperti - Video
 
						“ASAN” Prezidentin rəhbərliyi ilə ilhamverici təcrübəyə çevrilib” 
							 - BMT eksperti - Video
Əlavə olunub: 04.11.2025 | 11:00 | Baxılıb: 772
“ASAN”​ Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilhamverici təcrübəyə çevrilib”.

“sirin.az” xəbər verir ki, bunu BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin üzvü Najat Zarruk BMT-nin plenar sessiyasında Azərbaycanın “ASAN” modeli ilə bağlı fikirlərini bolüşərkən bildirib.

“Bu, ölkəniz üçün bir qürur məsələsidir, çünki hər şey ilk növbədə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında həyata keçirilir. Məhz bu cür liderlərə bizim dünyamızın ehtiyacı var, xüsusən də bu qədər çətin və mürəkkəb bir dövrdə. Onun rəhbərliyi ilə “ASAN”  xüsusi və ilhamverici bir təcrübəyə çevrilib. Bu təcrübə insan hüquqlarına, insan ləyaqətinə və rifahına əsaslanır. “ASAN”  vətəndaşlara, əhaliyə, kənd icmalarına müxtəlif kanallar vasitəsilə çox səmimi mühitlərdə xidmət göstərir.

Mən bir neçə “ASAN xidmət” mərkəzini ziyarət etmişəm və texnologiyadan ağıllı şəkildə istifadə edildiyini görmüşəm. Mənim bəyəndiyim digər bir cəhət isə könüllülərin səfərbər edilməsidir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.