Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.16.2025 | 00:33 | Baxılıb: 1666
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər HƏMAS atəşkəs sazişinə əməl etməzsə, İsrail “özünün dediyi anda” hərəkətə keçərək münaqişəni yenidən başlada bilər.

“sirin.az” xəbər verir ki, bu barədə o CNN-ə müsahibəsində söyləyib.

O, söyləyib ki, HƏMAS ilə bağlı hər hansı problem olduqda, administrasiyası bunu sürətlə həll etməyə çalışacaq.

ABŞ Prezidenti həmçinin HƏMAS-ın Qəzzada dəstələrlə mübarizə apardığını qeyd edib:

“Əgər HƏMAS silahlarını təhvil verməzsə, ABŞ və tərəfdaşları onları silahsızlaşdıracaq”.

Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı olan “İzzəddin əl-Qassam” batalyonu isə atəşkəs sazişinə sadiq olduqlarını bildirərək, qalan İsrail əsirləri və meyitlərinin çıxarılması üçün xüsusi avadanlıq və səylərin lazım olduğunu qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.