Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Atiye Ledi Qaqanı məhkəməyə verir
 
						Atiye Ledi Qaqanı məhkəməyə verir
Əlavə olunub: 02.14.2025 | 01:32 | Baxılıb: 2289
Türkiyəli məşhur müğənni Atiye dünyaşöhrətli ulduz Ledi Qaqaya qarşı müəllif hüquqları ilə bağlı iddia qaldırır.

“sirin.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Atiye Ledi Qaqanın yeni eyniadlı mahnısının 2015-ci ildə işıq üzü görən “Abrakadabra” əsərindən ilhamlandığı iddiası ilə məhkəməyə müraciət edəcək.

Atiye mövzu ilə bağlı açıqlama yayaraq mahnını illər əvvəl bəstələdiyini bildirib:

“O illərdə musiqisi ilə yenilikçi və çox inkişaf etmiş mahnı idi. İllər sonra bəstənin bəzi hissələrinin Ledi Qaqa tərəfindən icazəsiz və mənbəyə istinad etmədən istifadə edilməsi məni təəccübləndirdi. Bu məqamda vəkillərim peşəkar birliklərə məktub göndərdilər və biz mahnı ilə bağlı Ledi Qaqanı Amerikada məhkəməyə veririk”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.