Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Avropa gözəli faciəvi şəkildə öldü - Foto
 
						Avropa gözəli faciəvi şəkildə öldü 
							 - Foto
Əlavə olunub: 04.04.2025 | 07:41 | Baxılıb: 4522
Bayram tətili üçün Türkiyənin Giresun bölgəsinə gələn 27 yaşlı model Güler Erdoğan faciəli şəkildə həyatını itirib.

“sirin.az” bu barədə “NTV Türkiyə”yə istinadən xəbər verir.

Məlumata görə, o, gecə saatlarında avtomobili ilə əyləncə məkanından çıxıb. Giresundakı polis nəzarət məntəqəsində yoxlama zamanı onun sərxoş olduğu müəyyən edilib. 

Bu zaman o, avtomobilini ataraq qaçıb. Üst keçidlə qaçdığı zaman yola yıxılıb və ağır yaralanıb. Hadisə yerinə həkimlər cəlb edilsə də, Güler Ərdoğanın həyatını itirdiyi müəyyən edilib.

Məlumata görə, o, “Miss Europe Kosovo” tituluna sahib olub və model agentliyində çalışıb. 

Onun psixoloji problemləri olduğu və əvvəllər də intihara cəhd etdiyi bildirilir.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.