Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.18.2025 | 15:59 | Baxılıb: 919
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Avropa İttifaqına (Aİ) üzv olmaq üçün rəsmi müraciət təqdim etməyə hazırlaşdığını bildirib.

“sirin.az” xəbər verir ki, bu barədə o, “Deutsche Welle”yə müsahibəsində söyləyib.

XİN rəhbərinin sözlərinə görə, Ermənistan parlamenti artıq hökuməti Aİ-yə üzvlüyə can atmağa məcbur edən qanunu qəbul edib:

“Dəqiq tarix demək çətindir, bəlkə gələn ay, bəlkə də gələn il müraciət təqdim olunacaq. Bu, bir sıra amillərdən asılıdır. Amma bu, artıq bizim rəsmi siyasi kursumuzdur”.

O, həmçinin Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin son illərdə əhəmiyyətli dərəcədə dərinləşdiyini, viza rejiminin sadələşdirilməsi prosesinin uğurla davam etdiyini və tərəflərin yeni tərəfdaşlıq sənədləri üzərində işlədiyini qeyd edib.

Nazir bildirib ki, yeni əməkdaşlıq proqramının imzalanması yaxın üç ay ərzində mümkündür:

“Ermənistan vətəndaşları bizdən irəliləmə gözləyir, hətta bəzən prosesin ləngiməsindən narazılıqlar da eşidirik”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.