Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Avropada mal-mülk iddialarına cavab verdi - Video
 
						Avropada mal-mülk iddialarına cavab verdi 
							 - Video
Əlavə olunub: 05.24.2025 | 12:06 | Baxılıb: 3620
Əməkdar artist Nüşabə Ələsgərli həmkarı Vasif Məhərrəmli tərəfindən səsləndirilən mal-mülk iddialarına cavab verib.

“sirin.az” xəbər verir ki, sənətçi Avropada evlərə sahib olması məlumatları haqda “İncə səhər” verilişində danışıb. 

O, həmkarının yalan danışdığını bildirib: “Vasif yalan danışır. O əslində zarafat edib. Bilir ki, belə zarafatlara əsəbiləşirəm. Qıcıqlandırmaq üçün belə sözlər deyirlər. Mənim bir evim, bir bağım, bir də maşınım var. Gedin işinizlə məşğul olun”. 

Xatırladaq ki, bir müddət öncə əməkdar artist Vasif Məhərrəmli şou-biznesin ən varlı müğənnisinin Nüşabə Ələsgərli olduğunu demişdi. O, N.Ələsgərlinin övladlarının Estoniya və Belçikada mülkləri olduğuna dair iddialar səsləndirmişdi. Bu mövzu isə ölkə şou-biznesində geniş müzakirələrə səbəb olmuşdu. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.