Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.07.2025 | 13:55 | Baxılıb: 4473
Xəbər verdiyimiz kimi, dünən saat 12:00 radələrində Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“sirin.az"in məlumatına görə, 19 yaşlı şəxsin idarə etdiyi “Haval” markalı, 20-EF-785 dövlət qeydiyyat nişanlı maşın yüksək sürətlə hərəkətdə olarkən qarşısına anidən digər avtomobil çıxıb. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yol kənarında hərəkət edən 4 piyadanı vurub. Daha sonra rabitə dirəyini və ağacı aşırıb.

Hadisə 1959-cu il təvəllüdlü Qəribə Səfərovanın ölümünə, 2008-ci il təvəllüdlü Pakizə Məmmədova, 1 yaşlı N.Məmmədov və daha bir azyaşlının isə xəsarətlər almasına səbəb olub.

Qəza anını əks etdirən görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.