Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.16.2025 | 09:12 | Baxılıb: 944
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“sirin.az” xəbər verir ki, hadisə oktyabrın 13-ü saat 21 radələrində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Tural Balakişiyev idarə etdiyi “Kia Sorento” markalı avtomobillə 1968-ci il təvəllüdlü piyada Gülər Xəlil qızı Nuralışı vurub.

G.Nuralış aldığı açıq-kəllə beyin travması ilə yerləşdirildiyi Mərkəzi Gömrük Hospitalında oktyabrın 15-i vəfat edib.

Faktla bağlı Nizami RPİ İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.