Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Axmaq olmayın!” - Tramp
 
						“Axmaq olmayın!” 
							 - Tramp
Əlavə olunub: 04.08.2025 | 07:16 | Baxılıb: 3596
ABŞ Prezidenti Donald Tramp amerikalılara sakitliyi qorumalarını tövsiyə edib və ölkələrinin qüdrətli olacağına söz verib.

“sirin.az” xəbər verir ki, o bu barədə “Truth Social” hesabında yazıb.

“Zəif olmayın! Axmaq olmayın! Zəif və axmaq insanlar üzərində qurulmuş yeni “Təşviş partiyası” olmayın. Güclü, cəsarətli və səbirli olun. Nəticə əzəmətli olacaq”, - o qeyd edib.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkədən idxal olunan məhsullara rüsumların tətbiq edildiyini elan edib. Bundan sonra ölkədə ona qarşı etirazlar başlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.